Ölkə futbolu

İki Premyer Liqa klubu “Sabah”dan cavab gözləyir

“Sabah” yaxın vaxtlarda icarədə olan futbolçuları barədə qərar verməyə hazırlaşır. Söhbət “Kəpəz”də çıxış edən Camal Cəfərov, Şakir Seyidov və “Araz Naxçıvan”da top qovan Abdulla Rzayevdən gedir. Baş məşqçi Krunoslav Renduliç üç futbolçunu da yaxından izləyir.

Onlar barəsində yekun qərar mövsüm sonu veriləcək. Rəhbərlik məhz xorvatiyalı mütəxəssisin rəyindən sonra futbolçuları heyətdə saxlaya bilər. Əgər məşqçilər heyəti müqavilə ilə “Sabah”a məxsus olan oyunçuları bəyənməsə, futbolçular yenidən icarəyə veriləcək.

Hələlik hansı oyunçunun komandada saxlanacağı barədə yekun qərar verilməyib. Renduliçin izləmədə olduğu “Sabah” üzvləri üçün qarşıdakı 5 tur həlledici olacaq.

Əlavə edək ki, “Araz Naxçıvan”  Rzayevdən, “Kəpəz” isə Cəfərov və Seyidovun çıxışından məmnundur. Onlar qarşı tərəfin razılığa olarsa, futbolçularla daha bir mövsüm müqavilə bağlaya bilər. Hazırda iki klub da “Sabah”ın 3 futbolçu ilə bağlı qərarını gözləyir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43