Kateqoriyasız

Azərbaycan – Belçika oyununda bədbəxt hadisə

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Belçika futzal yığmaları arasında keçirilmiş oyundan sonra xoşagəlməz hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, matç başa çatarkən azarkeşlərin yer aldığı tribuna ilə meydanın arasındakı qoruyucu hasar aşıb. Nəticədə bir neçə azarkeş aşağı yuvarlanıb. Bu zaman sözügedən arenada xidmətçi işləyən qadın da xəsarət alıb. 

Ağır yaralanan xanım təcili olaraq xəstəxanaya aparılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43