İdman

Azərbaycan kuboku: “Qarabağ” və “Neftçi” meydana çıxır

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.

Saat 16:00-da “Qarabağ” “Qaradağ Lökbatan”ı, 17:00-da isə “Neftçi” “Zaqatala”nı sınağa çəkəcək.

1/8 final mərhələsi bir oyundan ibarətdir. Odur ki, qalib gələn tərəf 1/4 finala yüksələcək.
Qeyd edək ki, mərhələnin digər 6 matçı sabah keçiriləcək.

28 noyabr (çərşənbə axşamı)
 
Azərbaycan kuboku
1/8 final

16:00. “Qarabağ” – “Qaradağ Lökbatan”
“Azərsun Arena”

17:00. “Neftçi” – “Zaqatala”
8-ci km qəsəbə stadionu


29 noyabr (çərşənbə)

13:30. “Şüvəlan” – “Səbail”
“AZAL Arena”

13:30. MOİK – “Keşlə”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

13:30. “Kəpəz” – “Binə”
“Dalğa Arena”
 
14:00. “Qəbələ” – “Mil-Muğan”
Qəbələ şəhər stadionu

16:00. “Sumqayıt” – “Sabah”
Sumqayıt şəhər stadionu
 
16:00. “Zirə” – “Xəzər”
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43