İdman

Azərbaycan kuboku: “Sumqayıt” “Qarabağ”a qalib gəlib, yarımfinala adladı – YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

İdmanxeber.com-un görə, keçiriləcək iki oyunla bütün yarımfinalçılar bəllli olacaq.
Günün birinci qarşılaşmasında “Səbail” evdə “Qəbələ” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk görüşdə minimal hesabla uduzduğu əyalət klubunu evdə üstələməyə çalışacaq.

Digər oyun isə Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasında oynanılacaq. İlk matçda Ağdam klubu Samir Abasovun yetirmələrini 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, yarımfinalın iki iştirakçısı bəllidir. Bunlar “Keşlə” və “Neftçi”dir.
 
 

 

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ” – 2:4 
Qollar
: Adrian Popoviçi, 16 (1:0), Filip Ozobiç, 22 (1:1), Ruslan Qurbanov, 44 (1:2), Famussa Kone, 56 (1:3), Baqali Dabo, 75 (1:4), Elman Taqayev, 78 (2:4)

İlk oyun – 0:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ” – 2:0 
Qol:
 Kamal Mirzəyev, 22, Amil Yunanov, 90 

İlk oyun – 1:2
Hakimlər:
 Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43