İdman

Azərbaycan kuboku: “Turan Tovuz” ilk mərhələdə mübarizəni dayandırdı

Azərbaycan Kuboku uğrunda yarışların 2017/2018-ci illər mövsümündə 1/16 final mərhələsinin oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, mərhələdə baş tutan iki oyundan biri paytaxtda, digəri bölgədə reallaşıb.

“Ağsu” qonaq etdiyi “Mil-Muğan”la görüşdə məğlubiyyətə üzülüb. 1-0 hesabı ilə qalib gələn qonaqlar 1/8 final mərhələsində “Qəbələ”yə rəqib olublar.

MOİK isə “Turan Tovuz”dan güclü olub.  Belə ki, Ramil Əliyevin rəhbərlik etdiyi komanda “Turan Tovuz” klubunu 2-1 hesabı ilə üstələyərək, növbəti mərhələyə vəsiqə qazanıb. 1/8 finalda  ordu klubunun rəqibi “İnter” olacaq.


Azərbaycan Kuboku

1/16 final
11 oktyabr 

“Ağsu” – “Mil-Muğan” – 0:1
Qol:
 Vasif Mehrəliyev, 60
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Ağsu şəhər stadionu

MOİK – “Turan Tovuz” – 2:1

Qollar: İsmayıl İbrahimli, 13 (1:0), Elnur Səmədov, 40 (1:1), Qərib İbrahimov, 87 (2:1)

Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
“Bakı” FK-nın təlim-məşq  bazasının stadionu
1/8 finalda qarşılaşacaq cütlüklər
29 noyabr

“Qəbələ” – “Mil Muğan”
“Şüvəlan” – “Səbail”
“Zirə” – “Xəzər”
“Neftçi” – “Zaqatala”
MOİK – “İnter”
“Kəpəz” – “Binə”
“Qarabağ” –  “Qaradağ Lökbatan”
“Sumqayıt” – “Sabah”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43