Kateqoriyasız

Azərbaycan kubokunda hakim təyinatları açıqlandı

Azərbaycan kubokunun yarımfinalında bu gün keçiriləcək matçlar üçün hakim təyinatları müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Neftçi” – “İnter” oyunu İnqilab Məmmədova, “Qarabağ” – “Simurq” qarşılaşması isə Əliyar Ağayevə həvalə olunub.

13 aprel (bazar ertəsi)
“Neftçi” – “İnter”

Bakcell Arena. Saat 19:00
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov
Əlavə köməkçi hakimlər:  Vüsal Əliyev, Elvin Əsgərov

“Qarabağ” – “Simurq”
İnter Arena. Saat 18:00
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43