Milli komanda

Azərbaycan – Malta: Nə qədər bilet satılıb? – AÇIQLAMA

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan – Malta oyunu üçün bilet satışı davam edir. 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu idmanxeber.com-a açıqlamasında Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün 6 min biletin satıldığını bildirib:

“Azərbaycan – Malta oyunu üçün hazırda 6 min bilet satılıb”.

Qeyd edək ki, Azərbaycan – Malta oyunu saat 21:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43