İdman

Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlandı

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlanıb.

İdmanxeber.com-un AZƏRTAC-a istinadən yaydığı xəbərə görə, Z.Səmədov aprelin 17-də Dubayda “Global Fighting Championship”də mübarizə aparacaq.

Dubay turnirinin əvvəlki mərhələsində qələbə qazanan Z.Səmədov bu dəfə Böyük Britaniya idmançısı Stiv Makkinon ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43