Kateqoriyasız

“Azərbaycan üzərindəki qələbə bizi aldatmamalıdır”

Rusiya yığmasının qapıçısı İqor Akinfeyev millimizlə yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, ölkəsinin mətbuatına danışan təcrübəli qolkiper bu qələbəyə aldanmamalı olduqlarını bildirib:

“Son dünya çempionatının seçmə mərhələsində qarşılaşdığımız Azərbaycan millisini böyük hesabla məğlub etdik. Bununla belə, anlayırıq ki, bu qələbə bizi aldatmamalıdır. Bütün futbolçular mübarizə apardılar. Kimisə xüsusi vurğulamaq olmaz. Bir komandayıq və qələbə üçün birgə çalışmalıyıq”.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43