Dünyadan

Ronaldo: “Həmin anı səbrsizliklə gözləyirəm”

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisinin AVRO-2016-dakı şanslarını dəyərləndirib:

“Bunu bacarmaq çətindi. “Real”dakı kimi ustalıq səviyyəsi yüksək futbolçular yoxdu.

Portuqaliyada cəmi 10 milyon insan yaşayır. Yüksək səviyyəli futbolçu tapmaq çox çətindi. Məhz bu səbəbdən biz heç vaxt Dünya çempionatı və Avropa çempionatı kimi turnirlərdə qalib olmamışıq.

Ancaq biz yenə də inanırıq. Nə vaxtsa çempion olacağımıza inanmaq məcburiyyətindəyik. AVRO-2016-da qalib ola bilərik. Həmin anı səbrsizliklə gözləyirəm. Düşünürəm ki, bu mümkündü”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43