Kateqoriyasız

“Dnepr” – “Qarabağ” matçının keçiriləcəyi stadion rəsmən müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin “Dnepr” – “Qarabağ” matçının keçiriləcəyi stadion rəsmən müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, sözügedən qarşılaşma Kiyevin “Olimpiyski” stadionunda oynanılacaq.

Qeyd edək ki, “Avro-2012″nin final matçı da “Olimpiyski” stadionunda keçirilib.

Xatırladaq ki, “Qarabağ”ın “Dnepr”lə səfər oyunu  oktyabrın 23-ü, Bakıdakı görüş isə noyabrın 6-ı keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43