Ölkə futbolu

Azərbaycanda çıxış etmiş futbolçu Super Liqada

“Neftçi”nin sabiq futbolçusu Bruno Bertuççi kariyerasını Yunanıstan Super Liqasında davam etdirəcək.

İdmanxeber.com-un yunan mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı sol cinah müdafiəçisi “Veria” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, braziliyalı oyunçu kariyerasına 2009-cu ildə “Korinstians” klubunda başlayıb. 2012-2015-ci illərdə “Neftçi” forması altında ölkə çempionluğunu və kubokunu qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43