Kateqoriyasız

“Azərbaycanla oyuna köklənə bilmədik” – Xorvatiya millisinin üzvü

“Azərbaycanla görüşdə əsas problemimiz qol vura bilməməyimiz oldu. Hərçənd, qol vurmaq üçün xeyli imkanlarımız var idi. Buna görə də 0:0 hesabı bizi qane etmədi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Daniel Pranyiç deyib.

33 yaşlı futbolçu Azərbaycanla oyuna köklənə bilmədiklərini vurğulayıb: 

“Liderliyi əldən versək də, optimist olmalıyıq. Çünki hələ də qrupun ən yaxşı komandası olduğumuzu düşünürəm. Sadəcə bunu meydanda göstərməliyik. Azərbaycanla oyuna köklənə bilmədik. Ona görə də səfərdən 1 xalla ayrıldıq.

Ancaq indi bütün diqqətimizi Norveçlə oyuna yönəltməliyik. Bu matç bizim üçün çox önəmlidir. Qələbədən başqa nəticə bizi qane etməyəcək. Norveç də meydana 3 xal üçün çıxacaq. Onların da qələbəyə ehtiyacı var. Bu mənada düşünürəm ki, bu matç Azərbaycandakı görüşdən daha maraqlı olacaq. Meydana çıxacaq hər bir futbolçu 90 dəqiqə ərzində qələbə üçün əlindən gələni etməlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43