Dünya futbolu

Azərbaycanlı futbolçu “Ayntraxt”ın heyətində het-trik etdi

Azərbaycan millisində oynamağa razılıq verən Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubunun 19 yaşlılardan ibarət komandasının heyətində növbəti matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, 17 yaşlı hücumçu Frankfurt təmsilçisinin heyətində “Stuttqarter”in 19 yaşlılardan ibarət komandası ilə XXI tur çərçivəsində keçirilən matçda iştirak edib.

Qarşılaşma Dadaşovun komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz oyunda 3 qolla yadda qalıb və komandasının böyükhesablı qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, Dadaşovun komandası geridə qalan 21 turda 27 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43