İdman

Azərbaycanlı futbolçu Litva klubunda

“Qəbələ” Futbol Akademiyasının yetirməsi Kamran Quliyev karyerasını Litvada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, o, Litva A liqasında mübarizə aparan “Yonava”ya transfer olub.

18 yaşlı oyunçu bundan sonra bu klubun uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Yonava” hazırda yüksək liqada 8 komanda arasında 14 xalla sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43