Kateqoriyasız

Azərbaycanlı futbolçunu Türkiyədə daşa basdılar – FOTO

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi Türkiyə PTT 1-ci liqa təmsilçisi “Dənizlispor”un üzvləri daşa basılıb.

İdmanxeber.com-un məlumatına görə, Dənizli klubunun “Karşıyaka”ya məğlub olması (2:3) bir qrup yerli fanatı əsəbləşdirib. Nəticədə azarkeşlər klubun avtobusun pəncərəsini sındırıblar. 

Hadisə zamanı futbolçular avtovusda olub. Hətta bəzi futbolçular yüngül xəsarət alıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43