Ölkə futbolu

Azərbaycanlı məşqçi hakim səhvlərinə görə istefa verməyi düşünür

Hakim səhvlərinin geniş vüsat aldığı bir dönəmdə belə bir idarəçiliyin “qurbanı” “Rəvan”ın məşqçisi Müşviq Qənbərov ola bilər. Belə ki, Qusarda keçirilən “Şahdağ”la oyunda baş hakim İnqilab Məmmədov “Rəvan”ın qapısına təyin etdiyi şübhəli penaltiylə “aslanları” qələbədən edib. Paytaxt klubunun məşqçisi Müşviq Qəmbərov ardıcıl hakim səhvlərindən xal itirmələrinə görə istefa verməyi düşünür.

Məşqçi idmanxeber.com– a açıqlamasında bildirib ki, çəkilən əziyyəti haqq-ədalət təmsilçiləri heç nədən puç edirlər: “Əgər qarşıdakı 3 turda da xal itirsək istefa ərizəmi klub rəhbərliyinə təqdim edəcəm. Biz hədəfləri böyük olan klubuq. Heç nədən xal itkiləri hədəflərimizdən uzaq salır bizi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43