19 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Bərabərlik də pis nəticə sayılmayacaqdı” – Rəşad Sadıqov

“Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqədə pressinq tətbiq edərək, topu əldə edib qapıya zərbə vurduq. Hesabı açdıq. Ondan sonra oyun daha çox ortada keçirdik. İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularımız tempdən düşmədi və lazım olan ikinci qolu vurduq. Bizim üçün çox vacib qələbə qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”yə qalib gəldikləri (2:0) oyundan sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bərabərlik də pis nəticə sayılmayacaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43