“Keşlə” Malta “Baltsan”ı ilə keçirəcəyi Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, siyahıda 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu yer alıb. Onlar 2-si komandada yeni futbolçudur. Bunlardan biri “Neftçi”nin sabiq hücumçusu Bahodir Nasimovdur. 31 yaşlı hücumçu son illər vətənində Özbəkistan “Buxara”da çıxış edib. 30 yaşlı serbiyalı Boşançiç isə hücumameylli yarımmüdafiəçidir və son olaraq, Çexiya “Slovan”ında çıxış edib.
“Keşlə”nin sifariş ərizəsi
Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev
Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı
Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna
Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədli