Premyer Liqa

“Bakcell Arena”da bərabərlik, “Xəzər Lənkəran” və “Zirə” qələbə ilə başladı (YENİLƏNİB)

 

Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk turda 3 qarşılaşma baş tutacaq.

Avropa Liqasında mübarizəni ekrən dayandıran "Neftçi" əzəli rəqibi "Kəpəzi qonaq edəcək. Şahin Diniyevin rəhbərliyi altında uzun müddətdən sonra yüksək liqada mübarizə aparacaq Gəncə təmsilçisinin "Neftçi" ilə oyunda hansı nəticəni qazanacağı maraqla gözlənilir.

Çempionatın debütantı "Zirə" öz meydanında AZAL-la üz-üzə gələcək. Kifayət qədər heyətini gücləndirən "qartallar"ın heyəti zəifləyən "təyyarəçilər"lə görüşdə qələbə qazanmaq şansı yüksəkdi. 

Yenidən hədəfi çempionluq olan "Xəzər Lənkəran" "İnter"lə qarşılaşacaq. "Fırtınalar meydanı"nda baş tutacaq qarşılaşmada favorit yoxdu.

Bütün qarşlaşmalar saat 21:00-da başlayacaq. 

Azərbaycan Premyer Liqası

I tur

9 avqust (bazar)

 “Neftçi” – “Kəpəz” 0:0

Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Murad Məmmədov

“Bakcell Arena”

 “Zirə” – AZAL 1:0

Qol: Viktor İqbekoyi, 6 (1:0)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

Zirə Olimpiya İdman Kompleksinin stadionu

 “Xəzər Lənkəran” – “İnter” 2:0

Qollar:  Elnur Cəfərov, 7 (1:0), Rahid Əmirquliyev 31 (2:0)

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Asim Xudiyev

“Xəzər Lənkəran” mərkəzi stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43