İdman

“Bakı-2015”: Bu gün hansı idmaçılarımız yarışacaq?

Bu gün Azərbaycan idmançıları “Bakı-2015” I Avropa Oyunlarının bir sıra yarışlarında iştirak edəcək.

İdmanxeber.com bu gün yarışacaq idmançılarımızın siyahısını təqdim edir:

20 iyun

Voleybol

Saat 20:00

Kişilərdən ibarət millimizin son oyunu Polşa ilə olacaq. İlk üç oyunda uduzan millimiz qələbə qazanmağa çalışacaq.

Boks

Saat 14:15-dən

Kişilər arasında 1/8 final mərhələsinin oyunları davam edir. Azərbaycan idmançılarından Elvin Məmişzadə 52 kq çəki dərəcəsində İrlandiyadan Mayls Caseylə görüşəcək. Albert Səlimovun rəqibi isə Gürcüstanı təmsil edən Otar Eronasyan olacaq.

Atıcılıq

Saat 09:00-dan

Bu yarışda ölkəmizin əsas medal ümidi olan İradə Haşımova, eləcə də Nurlana Cəfərova, Emin Cəfərov, Rəsul Məmmədov
hədəfi düzgün vurmağa çalışacaqlar. Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışının təsnifat mərhələsi olacaq. Əgər bu mərhələdə azərbaycanlı idmançılar udarsa, onların medal qazanmaq şansı da yaranacaq. Azərbaycan təmsilçiləri həmçinin dairəvi stend, həm də 50 metrdən tapança ilə atəş yarışlarına qatılacaq. 

Suya tullanma

Saat 10:00-dan

Bu gün suya tullanma üzrə yarışlar davam etdiriləcək. 3 metrlik tramplindən tullanma üzrə Azərbaycanı Artyom Danilov təmsil edir. Bu raundda ümumilikdə 32 idmançının yarışacağı gözlənilir.

Şosse velosipedi

Saat 12:00-dan

Bu yarışda ölkəmizi Ülfət Nəzərli və Olena Pavluxina təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43