Kateqoriyasız

Millimizə çağırılmayan bombardir Türkiyə klubunda?

“Bakı”nın hücumçusu Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, çempionatımızın bombardiri PTT I Liqa təmsilçisi “Elazığspor”la razılığa gəlib. 

Yayılan xəbərlərə görə, Novruzov dünən İstanbulda klub prezidenti ilə görüşüb və rəsmi müqaviləyə qol çəkib. Onun 1+1 formasında müqaviləyə qol çəkdiyi də bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43