08 Sentyabr 2024
Kateqoriyasız

“Bakı 2015”: Olimpiya Oyunlarına hazırlıq davam edir

2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Olimpiya oyunlarına hazırlıq prosesinin izlənilməsinə dair ikinci dəfə Kordinasiya Komissiyasının mətbuat konfransı keçirilib.

Konfransda Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Avropa Olimpiya Komitəsinin İcraiyyə komitəsinin üzvü Spiros Kapralos  iştirak ediblər.  Konfrans iştirakçıları ötən zaman müddətində görülən işlərdən razı qaldıqlarını və Olimpiyadanın başlanacağı cvaxta qədər bütün proseslərin həyata keçirləcəyini deyib. Hətta Spiros Kapralos Bakı 2015 Təşkilat  Komitəsi tərəfindən aparılan bütün planlaşdırma və hazırlıqlara valeh olduğunu qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43