İdman

“Bakı-2015” üçün 10 min nəfər könüllü!

Könüllülər Bakı 2015 İlk Avropa Oyunlarının keçirilməsində əsas rol oynayaraq tarixə yazılacaq hadisəyə dəvət olunma prosesindədirlər. 

İdmanxeber.com-un məlumatına görə, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) hazırda Azərbaycanın bu günə kimi ev sahibliyi etdiyi ən böyük idman tədbirinin bir hissəsi olmaları üçün 10000 nəfər könüllü toplama mərhələsindədir.

Dünən axşam Oyunların Başlanmasına Bir İlin Qalması münasibətilə keçirilən ziyafət mərasimində elan edildiyi kimi, müraciət prosesi qüvvədədir və Bakı 2015 Avropa Oyunları Oyunlarda səmimi mühit yaratmaq üçün enerjili və etibarlı insanların axtarışındadır. Hazırda müraciətlər onlayn şəkildə www.baku2015.com elektron ünvanında qəbul olunmaqdadır.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru Azad Rəhimov demişdir: “İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək, idman tədbirinin uğurla həyata keçirilməsinə yardım etməklə Azərbaycan tarixinin bir hissəsi olmaq gözəl fürsətdir.

“Bakı 2015 Avropa Oyunları Azərbaycanın gənc, müasir və qonaqpərvər Avropa ölkəsi olduğunu dünyaya göstərəcək. Mən əminəm ki, bizim könüllülərimiz Bakı şəhərində yaşayan mənəvi zəngin insanları gözəl şəkildə təcəssüm etdirəcəklər.”

Könüllülərə Oyunlar zamanı yerinə yetirilmələri üçün müxtəlif vəzifələri icra etmək imkanı veriləcək. Həmin vəzifələr sırasına yüksək vəzifəli şəxslərin və idmançıların salamlanması, idman yarışlarında çalışmaq yaxud KİV nümayəndələrinə köməklik göstərmək kimi imkanlar daxildir.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq demişdir: “Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar və onların sərf etdikləri vaxt, enerji və öhdəlik olmadan belə bir oyunları həyata keçirmək mümkün olmazdı.

“İdmançılar və tamaşaçılar üçün könüllülər ilk Avropa Oyunlarının ictimai siması olacaq. Könüllülük, bu əlamətdar və tarixi idman tədbirində mühüm rol oynamaq üçün gözəl şansdır.

“Biz uğurla qeydiyyatdan keçib çox sayda azərbaycanlının və dünyanın ümumilikdə 22 ölkəsindən gəlmiş mühacirin maraqlı qarışığından ibarət BEGOC komandasının bir hissəsi olacaq şəxsləri salamlayacağımız günü səbirsizliklə gözləyirik.”

500-dən çox könüllü bu yaxınlarda Tofiq Bəhramov stadionunda keçirilmiş Yeniyetmələr arasında Avropa Olimpiya Təsnifat Yarışlarında və Milli Gimnastika arenasında keçirilmiş Bədii Gimnastika üzrə Avropa Çempionatında təcrübə qazanmışdırlar.

Daha çox təcrübə qazanmaları və Avropa Oyunları müddətində komanda rəhbərlərinə çevrilmək istiqamətində çalışmaları üçün Bakı 2015 Avropa Oyunlarının könüllülərinin iştirak edə biləcəyi əlavə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulur.

İlk Avropa Oyunlarının həyata keçirilməsi istiqamətində işlər gördükcə BEGOC təşkilat kimi böyüməkdə davam edir. Hazırda texnologiya, tədbirlərin idarə edilməsi, nəqliyyat, dillər, yerləşdirilmə, kadrlar (insan resursları), marketinq və layihənin idarə edilməsi kimi bir sıra sahələrdə 100-dən çox tam ştat əsasında ödənişli iş imkanları mövcuddur.

İyul ayından etibarən 199 nəfər universitet məzunu Məzun Təlim Proqramı vasitəsilə BEGOC-a qoşulacaq. Bu yaxınlarda Azərbaycanda və Avropada məzun olan həmin şəxslərin tam potensiallarının araşdırılmasına kömək məqsədilə xüsusi tərtib edilmiş intensiv təlim proqramı ilə tamamlanan tam ştat əsasında ödənişli işləri olacaq.

Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 İyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq.

Bakı 2015 Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin Dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

(Baku-2015 mətbuat xidməti)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43