Dünyadan

“Milan” PSJ-də futbolçu qoymadı: İtaliya klubu daha bir transferi reallaşdırdı

İtaliyanın “Milan” klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, İtaliya nəhəngi PSJ-nin üzvü Jeremi Menezi transfer edib.

Müqavilənin detalları haqqında hələ ki, heç bir məlumat verilmir.

Xatırladaq ki, Menez İtaliya A seriyasında “Roma”nın şərəfini qorumuşdu. Fransalı futbolçu “Milan”a PSJ-den gələn yeganə futbolçu deyil. Belə ki, “Milan” Menezdən öncə müdafiəçi Aleksi rənglərinə bağlamağı bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43