Kateqoriyasız

“Bakı-2015″in medalları belə olacaq – FOTO

12-28 iyun aralığında Bakıda keçiriləcək I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.

İdmanxeber.com-un məlumatına görə, mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı “Bakı-2015”in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

Medalları “Azərsuvenir” şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış “Adamas” zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı “Bakı-2015”in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində “Bakı-2015”in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

Birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43