Kateqoriyasız

“Bakı” güzəştə gedir

“Bakı”nın hücumçusu Nurlan Novruzov karyerasını “Boluspor”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun “vuran ayağı” Türkiyə birinci liqa komandası ilə ilkin razılığa gəlib.

“Bakı” tərəfinin də bu keçidə heç bir mane olmayacağı bildirilir. Lakin Bolu təmsilçisi Novruzovun transferində paytaxt klubuna kiçik məbləğdə kompensasiya ödəməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43