Ölkə futbolu

Bakı klubunda son durum: ciddi itkilər var

Premyer Liqanın  IV turu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olacaq "Rəvan"  gündə 1 dəfə olmaqla "Bayıl Arena"da məşq edir. Oyunöncəsi  komandanın heyətində ciddi itkilər var.

Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə,  bir müddətdir zədəli olan Tofiq Mikayılov və Elvin Həsənəliyevin bu oyunda çıxış etməyəcəyi dəqiqləşib. Mişel Balokoq isə sarı kart cəzalısı olduğuna görə vacib matçda oynamayacaq.

Digər zədəli futbolçu Kristian Torres isə həkimlərin ciddi müayinəsi altındadır. Onun "Qarabağ"a qarşı oynayıb-oynamayacağı oyun günü dəqiqləşəcək.

Azər Axundlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43