Dünya futbolu

Mançini Terimi təriflədi: “O, yaşayan əfsanədi”

"Qalatasaray"ın yeni baş məşqçisi Roberto Mançini UEFA-nın rəsmi saytına müsahibə verib.

İtalyan mütəxəssis açıqlamasında komandanın hədəflərindən və Fatih Terim haqda danışıb.

"Çempionlar Liqasında zəif komanda yoxdur və bizim qrupda rəqiblər daha güclüdür. Ancaq bu qrupdan çıxıb, irəliləyə bilərik. Son 16 komanda arasında yer alacağımıza inanıram. Ümid edirəm ki, "Real"la (Madrid) oyundan yaxşı nəticə əldə edəcəyik. Futbolda bir söz var – "heç vaxt heç vaxt demə".
Sözlərinə Fatih Terim haqqındakı düşüncələri ilə davam edən italyan çalışdırıcı, "Fatih Terim həqiqətən yaşayan əfsanədir. Mən ona böyük hörmət bəsləyirəm. Məncə, Avropadakı ən yaxşı məşqçilərdən biridir. Fatih Terimə yeni vəzifəsində uğurlar arzulayıram" – deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43