• Ana səhifə
  • Müsahibə
  • Bakı klubunun aparıcı üzvü küləyin onlara yaratdığı problemdən danışdı: “Şanssız qol “yedik” – MÜSAHİBƏ
Müsahibə

Bakı klubunun aparıcı üzvü küləyin onlara yaratdığı problemdən danışdı: “Şanssız qol “yedik” – MÜSAHİBƏ

"Rəvan"ın aparıcı üzvü Aqil Nəbiyev "Sumqayıt"la oyundan sonra (1:1) idmanxeber.com saytının suallarını cavablandırıb.

– Aqil, yenə qalib gələ bilmədiz. Nə mane oldu qələbə qazanmağınıza?

Gördüyünüz kimi hava küləkli idi. Külək mane olurdu hər iki komandanın yaxşı futbol sərgiləməsinə. Digər oyunlara baxanda bu oyun daha ağır oldu. İstəyirdik ki, qələbə qazanıb yuxarı pillələrə qalxaq. Ancaq ilk yarının sonunda şanssız qol "yedik". Bundan sonra isə bir neçə qol imkanımız olsa da ondan yararlana bilmədik.

– Qələbə qazana bilməməyinizə əsas səbəb küləkiydimi?

Havanın belə olması təbii ki, bizim oyunumuza mane oldu. Biz də istəyirdik qələbə qazanaq. Ancaq olmadı… Geriyə baxmaq lazım deyil. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq. Bu vəziyyətdən çıxmaq lazımdı.

– Tək reallıq budur ki, məğlub edə biləcəyiniz rəqib elə "Sumqayıt" idi. Siz bu komandanı da uda bilməyəndən sonra, kimi məğlub edəcəksiz ki?

Mən sizinlə razıyam.Başqa oyunlara baxanda komanda məğlub olmasına baxmayaraq daha yaxşı futbol sərgiləyir. Şahin Diniyevin gəlişindən sonra oynadığımız ən zəif matç idi. Yenə deyirəm, çalışıb irəli baxmaq lazımdı.

– "Rəvan" bu mövsümdə keçirdiyi əksər oyunlarda hesabda öndə olarkən ya sonradan məğlub olub, ya da 1 xalla kifayətlənib. Misal üçün "Xəzər Lənkəran", "Neftçi", "Qarabağ", "İnter" və digər komandalarla oyunda hesabı açan tərəf siz olsaz da, sonda qələbə qazana bilməmisiz. Bunun səbəbi səncə nədi?

Mən "Rəvan"a 5-ci turdan qoşulmuşam. "Sumqayıt"la debüt oyunumuzda qalib gəldik. Bilmirəm buna səbəb nədi. Yalnız onu deyə bilərəm ki, Şahin Diniyev komandanı bui vəziyyətdən çıxartmaq üçün əlindən gələni edir. 

– "Bakı"nın futbolçususan və icarə əsasında "Rəvan"da çıxış edirsən. Belə bir ruh düşkünlüyü altında oyunlara çıxıb, nəticə verməyən komandada oynamaq sənə nə qazandırır?

Mən "Bakı" kimi iddialı klubda çıxış etmişəm. Bundan öncəki klublarım da iddialı olub. Heç vaxt belə bir yerdə olmamışıq. Uşaqlara da deyirəm ki, belə olmaz, oynamaq lazımdı. Mən bura rəhbərlikdən icazə alıb gəldim. Onlardan xahiş etdim ki, "Rəvan"da icarə əsasında çıxış edim. Lakin vəziyyətmiz heç də yaxşı deyil. Əsas olan indiki durumdan komandanı çıxartmaqdı. 

– "Qarşıdakı turda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyunda xal qazanmaq sizin üçün demək olar ki, çətin olacaq.

Çempionatda asan rəqib yoxdu. Hər oyuna qələbə qazanmaq olar. "Qarabağ"la öz meydanımızda az qala qələbə qazanacağdıq. Son dəqiqələrdə qol buraxmasaydıq, onlardan 3 xal alacaydıq. Yəni bu çempionatda zəif rəqib yoxdu. Turnir cədvəlinin 1-ci pilləsində gedən rəqibi belə məğlub etmək olar. Bunun üçün əzmkar oyun və istək lazımdı.

Səxavət QURBANOV

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Skarlatake: “Ən pis ehtimalda avrokuboklara vəsiqə qazanmalıyıq” – MÜSAHİBƏ

admin

Əfran İsmayılov: “Təbii ki, bu səhvlərdən nəticə çıxartmışam”

admin

“Hafiz Məmmədovun əsas tələbi…” – MÜSAHİBƏ

admin