Kateqoriyasız

“Bakı Metropoliten”i “Qarabağ”a “hə” dedi

Noyabrın 26-da Avropa Liqasının qrup mərhələsində “Qarabağ” “Tottenhem”i qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, oyunun saat 22:00-da start götürəcəyini nəzərə alsaq, azarkeşlər matçdan sonra nəqliyyat problemi ilə üzləşə bilər.

Məhz bu amili nəzərə alan “Qarabağ” klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.

Beləliklə cümə günü Bakı Metropoliteni iş qrafikini gecə 01:00-ə qədər artıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43