Premyer Liqa

“Bakı” yenə “Fair Play”a “tüpürdü”

Premyer Liqanın 35-cü turunun “Bakı” – AZAL oyunu qalmaqalla yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, qalmaqala səbəb “Bakı”nın futbolçusu Aleksandr Şoliç olub. 

Belə ki, paytaxt klubunun 71-ci dəqiqədə vurduğu qol meydan sahiblərinin etirazına səbəb olub. AZAL-ın qapıçısı Ryslan Məcidov zədələnərək yerdə qalıb, bu zaman isə Şoliç topu kənara deyil, boş qapıya vuraraq “Fair Play” qaydalarına “tüpürüb”.

Əslində bu “Bakı”nın timsalında ilk belə hal deyil. Bundan öncə də, paytaxt klubu 2009-2010 mövsümünün kubokun finalında “Xəzər Lənkəran”ın qapısına vurulan qol zamanı “Fair Play” qaydaları kobud şəkildə pozulmuşdu. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43