Ölkə futbolu

Tərlan Əhmədov üsyan etdi: “O qədər hakimin orada olmağının nə mənası var?”

“Üç məğlubiyyət və dörd heç-heçədən sonra bugünkü oyunda qələbə qazanmaq istəyirdik. Oyunun əvvəlində komandada həyəcan hiss olunurdu, lakin tədricən öz oyunumuzu tutduq. Hücumda istədiyimiz oyunu göstərə bilmədik. Kərim Diniyevin olmaması yarımmüdafiədə bizə müəyyən problemlər yaratdı. Lakin onu əvəz edən Aydın Qasımovun oyunu xoş təəssürat bağışladı. Sevindirici haldır ki, komandamızda bu cür gənc futbolçular yetişir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

“Təyyarəçilər”in çalışdıcırısı “Bakı”ya yenilgini şərh edərkən, sözlərinə belə davam edib:

 Komanda sona kimi mübarizə apardı. Heç-heçəni oyuna görə ədalətli nəticə sayıram. Bizdə hərdən feyr-play qaydaları işləmir, bunu normal qarşılayıram. Meydançadakı oyuna müdaxilə etməyə ixtiyarımız yoxdur, meydanda hakim var. Hər halda qol epizodunda əl ilə oyun var idi. Cərimə meydançasında rəqib əl ilə oynayırsa və 6 hakim bunu görmürsə, o qədər hakimin orada olmağının nə mənası var? 4 hakim də bəs edərdi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43