Ölkə futbolu

Böyükağa Hacıyev “Rəvan” üzərindəki qələbəni şərh etdi

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Rəvan” üzərindəki qələbəni şərh edib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun çalışdırıcısı qazanılan çətin qələbə (2:1) haqda bunları deyib:

”Rəvan”la qarışıq oyun alındı. Çoxsaylı qol imkanları yaratmağımıza baxmayaraq, həlledici vuruş çatışmırdı. Rəqib iki hissə ərzində qapımıza bir zərbə vurdu, o da qol oldu. Oyunun gərgin keçəcəyini gözləyirdim. Medallar uğrunda qızğın mübarizə getdiyi kimi Premyer Liqada qalmaq üçün də “Sumqayıt”la “Rəvan” mübarizə aparır. Yaxşı ki, son anda futbolçular özlərində güc tapıb son nöqtəni qoya bildilər. Artıq çempionatın sonuna bir tur qalıb. “Simurq”a qarşı oyun da çox çətin keçəcək. Çünki, üçüncü yerin sahibi məhz bu oyunlarda müəyyən olunacaq. “Sumqayıt” çempionu məğlub etdi, bu, futbolda olan haldır”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43