Kateqoriyasız

“Bakıda qol buraxmadan fərqlənməyə çalışacağıq”

“Seltik” klubunun kapitanı Skott Braun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 1:0) öncəsi fikirlərini açıqlayıb. 

“Müdafiədə inamlı oynayıb, qol vurmağa çalışacağıq. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq. “Qarabağ” texnikalı futbolçulardan qurulub. Amma sabah bizim günümüz olacaq. Azərbaycanı gözəl ölkə kimi tanıyıram. Vaxtla bağlı böyük fərq var. Lakin bu, bizə problem yaratmamalıdır. Bizim üçün bu, adi bir haldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43