Ölkə futbolu

“Bakı”dan Tahir Süleymanova məsləhət: “Gedib “google” və “youtube”yə baxsın”

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun "Bakı"nın baş məşqçisi Milinko Pantiçlə bağlı səsləndirdiyi fikirlərə "zolaqllar"dan rəsmi münasibət gəlib.

İdmanxeber.com-a danışan "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov Süleymanovun açılamasında belə münasibət bildirib:

"Çox təəssüf edirəm ki, Tahir müəllim çox böyük yanlışlığa yol verib. Çünki Pantiç klubumuzun prezidenti Hafiz Məmmədovun şəxsi istəyi ilə İspaniyadan Azərbaycana dəvət olunub. Bu gün çempionatda "Bakə"nın hansı yeri tutmağından asılı olmayaraq, rəhbərlik Pantiçin işindən razıdı. Əvəzedici heyətdə 8-ə yaxın futbolçu Pantiçin proqramı ilə məşq edirlər və yaxın zamanlarda həmin oyunçuları biz "Bakı"nın əsas heyətində görə bilərik. Pantiçin bu qədər iş görməsini Süleymanovun görməməri onun böyük səhvidi. Ona məsləhər görürəm ki, "google" və "youtube" səhifələrini açıb, Pantiçin ölkəmizə gələnə kimi hansı karyeraya malik olduğuna baxsın".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43