Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Biz tam üstün oynadıq və qələbə qazandıq”

Topaz Premyer Liqasının VII turunda “Araz Naxçıvan”a qarşı keçirilən oyun “Bakı” üçün əlamətdar oldu. Belə ki, məhz bu gün reallaşan oyunda “Bakı” “Araz Naxçıvan”ı 2-1 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazandı.  

İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca matçdan sonra bu fikirləri söyləyib:

“1 həftədir ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq. Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43