Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Hakimlərdən xahişim odur ki…”

Topaz Premyer Liqasının XIX turu “Bakı” üçün uğursuz alındı. Paytaxt klubu doğma meydançasında “Qəbələ” 0-2 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca matçdan sonra bu sözləri deyib:

“Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik. Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm. Hakimlərdən xahişim odur ki, penalti epizodlarında  bir az diqqətli olsunlar. Mən demirəm qapımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindir. Amma ümumi oyundan razıyam. Jaba oyundan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43