Kateqoriyasız

Roman Qriqorçuk: “Mən Kamrana heç vaxt deməmişəm ki…”

Topaz Premyer Liqasının XIX turunda “Qəbələ” səfərdə “Bakı”nı 2-0 hesabı ilə məğlub etdi. Debüt oyununda qələbə qazanan yeni baş məşqçi Roman Qriqorçuk düşüncələrini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 3 xal qazandıqları matçı belə şərh edib:

“Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı. Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq. Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43