Kateqoriyasız

“Bakıya qalib gəlmək üçün gedirik” – “Viktoriya”nın futbolçusu

“Viktoriya”nın (Çexiya) futbolçusu Yan Sikora Çempionlar Liqasının pley-offunda “Qarabağ”la ilk oyun öncəsi fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, təmsilçimiz barədə müsbət fikirlər səsləndirib: “Qarabağ” “Şerif”dən yaxşı komandadır. Ancaq biz Bakıya qalib gəlmək üçün gedirik”

Sikora 2016-cı ilin oktyabrında Çexiya “Slovan”ında çıxış edən zaman Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la səfər matçında (2:2) “Dalğa Arena”da 10.69-cu saniyədə fərqlənib. Futbolçu həmin anı da xatırlayıb: “Bakı ilə bağlı yaxşı xatirələrim var.  Həmin görüş heç-heçə bitmişdi. Orada unudulmaz bir şey etdim. Bu, hələ də rekordlar kitabındadır. Ancaq bu səfər tamam ayrı oyun olacaq. Qələbə üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43