İdman

“Baku-2015”: Taekvondoçularımız final görüşünə nə zaman çıxacaq?

Bu gün “Bakı-2015” Avropa Oyunlarının taekvondo yarışında daha 2 idmançımız mübarizəyə qoşulub.

İdmanxeber.com-un məlumatına görə, 80 kq-da kişilər arasında döyüşən idmançımız Milad Beiqi Harçeqani  və 67 kq-da  qadınlar arasında mübarizə aparan Fəridə Əzizova rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.

Final görüşləri qadınlarda 22:15-də, kişilərdə isə 22:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43