Ölkə futbolu

“Xəzər Lənkəran”dan 3 transfer birdən

“Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub təmsilçisi 3 transfer birdən edib.

“Ağ-yaşıllar” Vüqar Nadirov, Rəşad Eyyubov və Vaqif Cavadov ilə rəsmi müqavilə bağlayıb.

Yaxın günlərdə hər üç futbolçunun keçidi ilə bağlı rəsmi məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43