Ölkə futbolu

Bank klubu “Bakı”nın üzvünə göz dikdi

“Bakı”dan ayrılacağı gözlənilən Elvin Məmmədovun yeni ünvanı müəyyənləşib.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Məmmədov “İnter”ə keçə bilər. “Bankirlər” “zolaqlılar”ın futbolçusu ilə yaxından maraqlanır.

Kaxaber Sxadadze komandanı tərk edən Vaqif Cavadovun mövqeyinə məhz Məmmədovu istədiyi bəlli olub. Məsələnin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43