Dünyadan

“Barselona” Avroliqanın qalibini transfer etdi

Çempionlar Liqasının son qalibi “Barselona” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi “Sevilya”nın futbolçusu Aleks Vidalı transfer edib.

25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, FİFA tərəfindən “Barselona”ya transfer qadağası qoyulduğu üçün Vidal yalnız 2016-cı ilin yanvar ayından etibarən yeni komandasında rəsmi debüt edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43