Dünyadan

“Barselona” azarkeşləri üçün şad xəbər

“Barselona” hücumçusu Luiz Suarezə yeni müqavilə təklif edib.

İdmanxeber.com-un məlumatına görə, uruqvaylı forvard Kataloniya klubunun yeni sözləşməsinə “hə” deyib. Suarez 2021-ci ilə qədər “Barsa” formasını geyinəcək. 

Sabah futbolçu üçün müqavilə mərasimi təşkil olunacaq.

Qeyd edək ki, təcrübəli hücumçu “Barselona” forması ilə meydana çıxdığı 116 matçda 97 qola imza atıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43