19 Sentyabr 2024
Dünya futbolu

“Barselona” braziliyalı futbolçunu transfer etmək istəyir

“Aston Villa”nın və Braziliya millisinin yarımmüdafiəçisi Duqlas Luis “Barselona”nın transfer hədəfindədir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun idman direktoru Deko 25 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir.

2023/24 mövsümündə Duqlas Luis “Aston Villa”nın heyətində 27 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt braziliyalının bazar dəyərini 60 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43