08 Sentyabr 2024
Kateqoriyasız

“Barselona” dünya çempionunu transfer etmək istəyir

“Barselona” komandadan ayrılan Xavi Hernandezə əvəzləyici tapıb.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu Dortmund “Borussiya”sında çıxış edən türkəsilli alman futbolçu İlkay Gündoğanı heyətin qatmağı planlaşdırır. 

Gündoğan İspaniya klubuna keçəcəyi təqdirdə FİFA tərəfindən “Barselona”ya qoyulan transfer qadağası səbəbindən bu komandada yanvar ayına qədər oynaya bilməyəcək.

Qeyd edək ki, İlkay Gündoğanla “Bavariya” və “Mançester Yunayted” klubları da yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43