19 Sentyabr 2024
Dünya futbolu

“Barselona” Ferranı da itirdi

“Barselona” ötən gecə evində “Osasuna”nı minimal hesabla məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, Katalon klubu bu görüşdə Ferran Torresi itirib. Oyunun ilk hissəsində zədələnən 23 yaşlı oyunçunun azı 1 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Torres Çempionlar Liqasındakı “Napoli” ilə ilk oyunda komandasına kömək edə bilməyəcək. O, bu mövsüm 32 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43