Dünya futbolu

“Barselona” heyətinə yeni futbolçu qata bilər

Aleiş Vidalın zədələnməsindən sonra “Barselon”a İspaniya çempionatında oynamaq üçün iştirak ərizəsinə yeni müdafiəçi sala bilər.

İdmanxeber.com-un məlumatına görə, La liqanın reqlamentinə əsasən Katalon klubu bu çempionatda çıxış edən və ya azad agent statusuna malik istənilən futbolçunu heyətinə qata bilər.

Qeyd edək ki, Vidal “Alaves”lə oyunun sonlarına yaxın zədələnmişdi. O, 5 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq. Sözügedən matç “Barselona”nın 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43