Dünyadan

“Barselona” ilə oyun öncəsi “Atletiko” üçün çətin durum

Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında öz meydanında “Barselona” ilə qarşılaşacaq “Atletiko”nun heyətində ciddi itkilər var.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun aparıcı futbolçuları Dieqo Kosta və Arda Turan bugünkü qarşılaşmada oynamayacaq. “Nou Kamp”dakı ilk oyunda zədələnən hər iki oyunçunun dünən baş tutan məşqdə iştirak etmədiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43